Təhlükəli xəstəliyin müalicəsində yeni effektiv metod

Təhlükəli xəstəliyin müalicəsində yeni effektiv metod Böyük Britaniyadan olan alimlər xərçəngin müalicəsində pəhrizin əhəmiyyətini sübut ediblər.
Sağlamlıq
18 Yanvar , 2021 05:32
Təhlükəli xəstəliyin müalicəsində yeni effektiv metod

Böyük Britaniyadan olan alimlər xərçəngin müalicəsində pəhrizin əhəmiyyətini sübut ediblər.

Bu barədə “Report” “Daily Mail”ə istinadən xəbər verir.

Alimlər hesab edir ki, xərçəng hüceyrələrinin böyüməsi bədəndə bütün zülalların istehsalında iştirak edən və ət, balıq və yumurtanın içərisində olan amin turşusu - serinin sayını artırır.

Siçanlar üzərində aparılan təcrübələrin nəticələrinə görə tərkibində serin az olan pəhriz şiş böyüməsini ləngidir.

Elm adamları tərəfindən dərc olunan məqalədə pəhriz müdaxiləsinin həkimlər və tədqiqatçılar arasında uzun müddətdir müzakirə edildiyi qeyd olunur. Bildirilib ki, pəhriz xəstəliyin qarşısını almağa kömək edə bilər.

Son xəbərlər

Orphus sistemi