"Ölkəmiz lazımi miqdarda vaksin alır".
"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, yanvarın 18-dən etibarən vaksinasiya davam edir: "Ölkə vətəndaşlarının 60 faizi iki doza peyvəndlənib. Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır. Dünya ölkələrinə vaksinlərin paylanması ilə bağlı qlobal siyasət qəbul edilməlidir".
O bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: "COVID-19 üçün ayrılan çarpayıların sayı 10 minə çatıb. Suni nəfəs aparatları gətirilib".