Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında iştirak edir

Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında iştirak edir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının açılış mərasimi keçirilib.
Sağlamlıq
23 May , 2022 09:38
Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında iştirak edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti toplantıda iştirak edir.

Assambleya çərçivəsində ÜST-nin Avropa üzrə Regional direktoru Hans Henri P.Kluge ilə Azərbaycan nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT Bölməsi və Digər Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Qalib İsrafilovun da iştirak etdiyi görüşdə təşkilatla ölkəmiz arasında mövcud sıx əlaqələr və səhiyyə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayevin plenar iclasda çıxışı, təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşlər və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası mayın 28-də yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi