"Bu gün 1600 nəfərə ilk doza, indiyədək 600 min nəfərə ikinci doza vaksin vurulub. Bizdə ilk tətbiq olunan "Sinovac" şirkətinin CoronaVac vaksinidir. Bu tam təhlükəsiz vaksindir. Eyni zamanda digər vaksinlər gətirilib. Multiplatforma yaradılıb”.
"Report"un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayı aşağı səviyyədədir.