Türkiyənin Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı TURKOVAC vaksinindən istifadəyə icazə verilməsi ilə bağlı ölkənin Dərman Vasitələri Agentliyinə müraciət edib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Qeyd edək ki, Türkiyənin TURKOVAC vaksini Səhiyyə Nazirliyinin nəzdindəki Səhiyyə İnstitutunun və Ərciyəs Universitetinin alimləri tərəfindən işlənib hazırlanıb.
Nazirin sözlərinə görə, hazırda kliniki sınaqların üçüncü mərhələsi həyata keçirilir. Sınaq mərhələsinin ilin sonunadək tamamlanması planlaşdırılır.