Türkiyəli alim: "Çin aşısı mutasiyaya uğramış virusa qarşı daha effektivdir"

Türkiyəli alim: "Çin aşısı mutasiyaya uğramış virusa qarşı daha effektivdir" “Bu aşı mutant viruslara qarşı daha effektivdir"
Sağlamlıq
15 Fevral , 2021 11:40
Türkiyəli alim: Çin aşısı mutasiyaya uğramış virusa qarşı daha effektivdir

“Bu aşı mutant viruslara qarşı daha effektivdir. Artıq digər Qərb ölkələri də bu inaktiv vaksinə doğru meyilləniblər. Qısası, bu bizim üçün üstünlükdür. Çünki cəmiyyətimizi inaktiv aşı ilə peyvəndləyirik”.

“Report” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Nazirliyi yanında Şuranın üzvü, Çukurova Universiteti Tibb fakültəsinin Balcalı Xəstəxanasının baş həkimi professor Hasan Murat Gündüz deyib.

“Həm tədbirləri sonacan gözləyərək, həm də aşılanma ilə yaz aylarının sonuna doğru daha yaxşı vəziyyətin yaranacağı güman edilir. Yaz fəslinə daha sağlam girəcəyimizə ümid edirəm. Koronavirusun qarşısını yalnız bu şəkildə kəsə bilərik”, - alim bildirib.

Son xəbərlər

Orphus sistemi