Türkiyəli mütəxəssislər azərbaycanlı baytarlara təlim keçib

Türkiyəli mütəxəssislər azərbaycanlı baytarlara təlim keçib Sonda təlim iştirakçılarının sualları cavablandırılıb
Sağlamlıq
9 Fevral , 2021 12:41
Türkiyəli mütəxəssislər azərbaycanlı baytarlara təlim keçib

Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.

"Report" xəbər verir ki, növbəti belə təlim ölkəmizdə balıq məhsullarının baytarlıq-sanitariya tələblərinə uyğun olaraq yetişdirilməsi, nümunələrin götürülməsi və laboratoriyalarda analiz olunması, xəstəliklərə görə risk analizlərinin aparılması üzrə baytar müfəttişlərinin peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında mövcud əməkdaşlıq çərçivəsində Türkiyənin baytar mütəxəssisləri tərəfindən Agentliyin baytar mütəxəssislərinə keçirilib.

Təlimdə su heyvanlarının virusoloji, bakterioloji, parazitoloji və patoloji xəstəlikləri, idxal-ixrac prosedurları zamanı nümunələrin götürülməsi, laborator müayinələrin aparılması kimi mövzular iştirakçıların diqqətinə çatdırılıb və görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi