Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb

Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.
Sağlamlıq
30 Sentyabr , 2021 11:55
Türkiyəyə göndərilən daha 3 qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan "Report"a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. İdrisov Ərşad Rafiq oğlu
2. Misirzadə Rahib Mübariz oğlu
3. Əmənli Nurlan Şirzad oğlu

Qeyd olunub ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Son xəbərlər

Orphus sistemi