"USAID Azərbaycana COVID-19 pandemiyasının sağlamlığa və iqtisadi təsirlərinə qarşı təcili və daha uzunmüddətli səyləri dəstəkləmək üçün 9 milyon dollardan çox vəsait ayırıb".
"Report" xəbər verir ki, bunu USAID-in Azərbaycandakı missiya direktoru Caydev Sinqx deyib.
Onun sözlərinə görə, təşkilat ölkədəki hər bir vətəndaş əhatə olunana qədər Azərbaycan səhiyyə sistemini gücləndirmək və genişləndirməkdə davam edəcək: "Biz ölkənin səhiyyə sistemini region üçün bir model halına gətirmək məqsədilə Azərbaycan hökuməti ilə daha dərin əməkdaşlığa ümid edirik”.
Missiya direktoru bildirib ki, Azərbaycanda Pandemiyaya qarşı mübarizə layihəsi ABŞ və Azərbaycan arasında 30 illik davamlı tərəfdaşlığın bariz nümunəsidir.