Son bir həftə ərzində dünyada koronavirusa 18 milyondan çox yoluxma halı qeydə alınıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
ÜST rəhbərinin sözlərinə görə, pandemiya ilə mübarizə aparan səhiyyə xidmətləri üçün yaxın bir neçə həftə kritik olacaq.
Qebreyesus, həmçinin koronavirusun "omikron" ştamının sürətlə yayıldığını da xatırladıb.