Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya dövlətlərini beynəlxalq COVAX mexanizminə qoşulmağa çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, COVAX-ın məqsədi bütün ölkələrdə koronavirusa qarşı vaksinin ortaya çıxdığı halda ədalətli şəkildə paylanmasıdır.
“Qlobal COVAX mexanizmi vaksinin ortaq təminatı və risklərlə mübarizə üçün vacibdir. Bu səbəbdən bütün ölkələrə COVAX mexanizminə qoşulmaları üçün məktub ünvanlamışam”, - təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus açıqlayıb.