Dünyada koronavirusa yoluxma və ölüm halları avqustun 16-22-i aralığında sabit qalıb.
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, 16-22 avqust tarixlərində dünyada 4,5 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 68 mindən çox insan ölüb.
"İyunun 23-dən bəri ilk dəfədir ki, koronavirusla bağlı rəqəmlər sabit qalıb. Bir gün əvvəl, avqustun 24-də iyunun 23-dən bəri ilk dəfə olaraq ölkədə gündə 19 mindən az insan koronavirusa yoluxub", - Qebreyesus deyib.