ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırır

ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırır ÜST-nin forumdan əvvəl Cenevrədə yayımladığı bəyanatda qeyd edib ki, dünya ictimaiyyəti artıq indidən yeni pandemiyaya hazırlaşmalıdır.
Sağlamlıq
6 Noyabr , 2020 13:28
ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin yeni pandemiyaya hazırlaşmalı olduğunu hesab edir. Qurum bu məsələni noyabrın 9-da telekonfrans formatında keçiriləcək Ümumdünya Sağlamlıq Assambleyasının 73-cü illik sessiyasının əsas mövzulardan biri kimi görür.

“Report” xəbər verir ki, bu barədə TASS ÜST-nin bəyanatına istinadən məlumat verib.

ÜST-nin forumdan əvvəl Cenevrədə yayımladığı bəyanatda qeyd edib ki, dünya ictimaiyyəti artıq indidən yeni pandemiyaya hazırlaşmalıdır. “Son bir ildə fövqəladə vəziyyətə hazırlıq üzrə güclü səhiyyə infrastrukturu olan ölkələrin SARS-CoV-2 virusunun yayılmasının qarşısının alınması və onun nəzarətə götürülməsi məqsədi ilə sürətli hərəkət edə bildiklərini gördük”, - təşkilatdan bildiriblər.

ÜST dünya birliyinin elm və həmrəylik sayəsində COVID-19-u məğlub edə biləcəyinə inanır. “Koronavirus pandemiyası qlobal böhran olsa da, bir çox dövlətlər və şəhərlər hərtərəfli və faktlara əsaslanan yanaşma yolu ilə uğurla yoluxmanın qarşısını alın və onu nəzarətə götürüb”, - bəyanatda deyilir.

ÜST bu baxımdan dünyanın peyvəndin, diaqnostik və terapevtik vasitələrin hazırlanmasını sürətləndirmək planı ətrafında birləşdiyini xatırladıb.

Son xəbərlər

Orphus sistemi