ÜST Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 300 min tibbi maska verib

ÜST Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 300 min tibbi maska verib COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.
Sağlamlıq
23 Sentyabr , 2021 17:22
ÜST Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 300 min tibbi maska verib

COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.

Bu barədə "Report"a ÜST-ün ölkə ofisindən məlumat verilib.

Qeyd olunub ki, bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.

Sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Rəfail Mehdiyev iştirak edib və təhvil-təslim aktını imzalayıblar.

Qeyd edək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanacaq.

Son xəbərlər

Orphus sistemi