ÜST: Koronavirus əleyhinə mübarizədə problem yaranıb

ÜST: Koronavirus əleyhinə mübarizədə problem yaranıb Qripin və koronavirusun eyni vaxtda yayılması səhiyyə sistemi üçün çətinliklər yaradır.
Sağlamlıq
17 Oktyabr , 2020 01:03
ÜST: Koronavirus əleyhinə mübarizədə problem yaranıb

Qripin və koronavirusun eyni vaxtda yayılması səhiyyə sistemi üçün çətinliklər yaradır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"Qrip və COVID-19-un eyni vaxtda dövriyyəsi səhiyyə sistemi və müəssisələri üçün problem yarada bilər, çünki hər iki xəstəlik olduqca oxşar əlamətlərə malikdir", - ÜST rəhbəri deyib.

Bu halda o qeyd edib ki, koronavirusla mübarizə üzrə tədbirlər qripin yayılmasının qarşısının alınması üçün effektivdir. Söhbət hər şeydən əvvəl əllərin yuyulması, qoruyucu maskalardan istifadə, sosial məsafəyə riayət etmə və binaların havasının dəyişdirilməsindən gedir.

Son xəbərlər

Orphus sistemi