ÜST koronavirusdan ölüm səviyyəsini müəyyənləşdirib

ÜST koronavirusdan ölüm səviyyəsini müəyyənləşdirib “Koronavirusa yoluxanların ölmə səviyyəsi təxminən 0,6%-dir”
Sağlamlıq
3 Avqust , 2020 16:43
ÜST koronavirusdan ölüm səviyyəsini müəyyənləşdirib

“Koronavirusa yoluxanların ölüm səviyyəsi, təxminən, 0,6%-dir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Mariya Van Kerkhove bildirib.

Onun sözlərinə görə, göstəricilər 0,6%-1% arasında dəyişir.

Bildirilib ki, bu rəqəmlər koronavirusa yoluxan hər 200 nəfərdən birinin vəfat etdiyini göstərir.

Xatırladaq ki, dünyada indiyədək 18,2 milyondan çox insana COVID-19 diaqnozu qoyulub. Onlardan 693 min nəfər ölüb, 11 milyon 469 min nəfər isə sağalıb.

Son xəbərlər

Orphus sistemi