Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan qeyd edib ki, yeni növ koronavirusun haradan gəldiyini hələ də bilmir.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Virusun mənşəyini bilmək bizim üçün vacibdir, lakin bu, müstəsna əhəmiyyət kəsb etmir. Amma canlı səddin yenidən dağılacağı risklərini azaltmaq istəyiriksə, bu divarın harada dağıldığını bilməliyik. Və hazırda bunun necə baş verdiyini bilmirik", - o deyib.
Onun sözlərinə görə, virusun mənşəyinin öyrənilməsi üzərində iş davam edir, lakin bu, uzun müddət çəkə bilər, buna görə də tez nəticə gözləmək lazım deyil.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.