ÜST növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib

ÜST növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib “Növbəti pandemiya hər an başlaya bilər”.
Sağlamlıq
30 Oktyabr , 2023 14:22
ÜST növbəti pandemiya ilə bağlı xəbərdarlıq edib

“Növbəti pandemiya hər an başlaya bilər”.

“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom Gebreyesus təşkilatın Cənub-Şərqi Asiya Regional Komitəsinin 77-ci sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, pandemiya və ya növbəti dəfə qlobal sağlamlıqla bağlı fövqəladə vəziyyət başlana bilər: “2019-cu ildə də belə olmuşdu”.

Baş katibin sözlərinə görə, qlobal sağlamlıq naminə təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirmək üçün ideal vaxtdır: “Bu, bizə mövcud çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İndi vaxt itirmək olmaz”.

Son xəbərlər

Orphus sistemi