Hazırda dünyada meymunçiçəyinə 18 mindən çox yoluxma halı müəyyən edilib.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
“İndiyədək 78 ölkədə 18 mindən çox yoluxma halı aşkarlanıb”, - o məlumat verib.
Onun sözlərinə görə, yoluxma hallarının 70%-dən çoxu Avropada, 25%-i isə Amerika qitəsində qeydə alınıb.
T.Qebreyesus bu xəstəlikdən ümumilikdə 5 nəfərin öldüyünü deyib.
Baş direktor vurğulayıb ki, yoluxma riski ciddi qəbul edilərsə, əhali məlumatlandırılarsa və ən həssas qrupların müdafiəsi üçün tədbirlər görülərsə, meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq olar.