Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini müəyyənləşdirməli olan mütəxəssislərin Uhana missiyasının yekunları barədə hesabatı martın 30-da dərc edəcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adanom Qebreisus məlumat verib.
Onun sözlərinə görə, ÜST martın 27-28-də artıq missiyadan SARS-CoV-2 virusunun mənbələri barədə tam hesabat alıb.
Amma müvafiq hesabat ÜST-yə üzv iki ölkənin istəyi ilə embarqo altında hazırlanıb.
Qebreisus qeyd edib ki, martın 30-da bu dövlətlərlə brifinq təşkil ediləcək və bundan sonra müvafiq hesabat ÜST saytında dərc olunacaq.
Hesabat dərc edildikdən sonra mətbuat konfransı da keçiriləcək.