AQTA rəsmisi: “Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün pomidor və bibər toxumları laboratoriyada yoxlanılır”

AQTA rəsmisi: “Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün pomidor və bibər toxumları laboratoriyada yoxlanılır” "Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vura bilən bitki mənşəli viruslar yayılır. Bu virusların ölkəmizə daxil olmasının qarşısını almaq üçün idxal edilən pomidor və bibər toxumlarının virusdan azad olması əsas tə
Sağlamlıq
12 Avqust , 2021 12:33
AQTA rəsmisi: “Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün pomidor və bibər toxumları laboratoriyada yoxlanılır”

"Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vura bilən bitki mənşəli viruslar yayılır. Bu virusların ölkəmizə daxil olmasının qarşısını almaq üçün idxal edilən pomidor və bibər toxumlarının virusdan azad olması əsas tələblərdəndir".

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva bildirib.

O qeyd edib ki, xəstəlik əlamətləri göstərməsə belə toxumlar qonur qırışıqlıq virusuna yoluxmuş ola bilər və bunu nəzərə alaraq idxal zamanı pomidor və bibər toxumları laborator müayinələrə cəlb edilir: “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, geyimi və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır”.

Agentlik rəsmisi bildirib ki, virusla mübarizədə məlum kimyəvi maddələr təsirsizdir və virusa qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil: “Qonur qırışıqlıq virusu məhsulun əmtəəlik keyfiyyətini aşağı salır, təsərrüfat sahəsində qısa müddətdə yayılır, həmçinin bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verir. Bütün bunları nəzərə alaraq virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür”.

Son xəbərlər

Orphus sistemi