Nazir müavini: “Çindən vaksin almağımız və onun ölkəyə gətirilməsi önəmli hadisədir”

Nazir müavini: “Çindən vaksin almağımız və onun ölkəyə gətirilməsi önəmli hadisədir” “Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən COVID-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik. Bu, çox önəmli hadisədir”
Sağlamlıq
1 Aprel , 2021 13:39
Nazir müavini: “Çindən vaksin almağımız və onun ölkəyə gətirilməsi önəmli hadisədir”
Ramiz Həsənov

“Çinlə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən COVID-19 pandemiyasına qarşı istifadə üçün ilk peyvənd partiyasını qəbul edirik. Bu, çox önəmli hadisədir”.

“Report”un xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmdə peyvəndlər ədalətsiz şəkildə bölüşdürülür və belə bir vəziyyətdə vaksin ölkəmizə vaxtında gətirilib: “Bu da cənab Prezident tərəfindən aparılan siyasətin nəticəsidir. Cənab Prezident bu məsələni ilk gündən xüsusi nəzarətə götürüb. Hətta 44 günlük müharibə vaxtı da bu məsələ cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətində qalmaqda olub. Prezidentin bu sahədə beynəlxalq təşəbbüsləri də olub. Həmin təşəbbüslər qətnamə və sənədin qəbul edilməsi ilə nəticələnib”.

Nazir müavini xatırladıb ki, hələ keçən ilin aprelindən Qoşulmama Hərəkatına Azərbaycan Prezidenti İlham Əliyev sədrlik edir:

“Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü Prezidentin təşəbbüsü ilə keçirildi. Onun davamı olaraq isə keçən ilin dekabrında BMT Baş Assembleyası çərçivəsində xüsusi sessiya baş tutdu. Bu da Prezidentin təşəbbüsü ilə keçirilmişdi. Bu ilin martında isə BMT-nin İnsan hüquqları şurasının 46-cı sessiyasında bu məsələ müzakirəyə çıxarılmışdı. 133 ölkənin həmmüəllifliyi ilə müəyyən qətnamə də qəbul olunub. Prezidentin təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.

Son xəbərlər

Orphus sistemi