Xocavənddə avtobus qəzasında 21 nəfər xəsarət alıb, 16-sı Bakıya təxliyə edilib

Xocavənddə avtobus qəzasında 21 nəfər xəsarət alıb, 16-sı Bakıya təxliyə edilib Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Sağlamlıq
7 Fevral , 2022 10:02
Xocavənddə avtobus qəzasında 21 nəfər xəsarət alıb, 16-sı Bakıya təxliyə edilib

Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) "Report"a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qəzanın axşam saatlarında Xocavənd rayonu ərazisində baş verdiyi bildirilib.

Son xəbərlər

Orphus sistemi