Yaponiyanın səfiri: “Azərbaycanda bəzi layihələrin icrasını düşünürük”

Yaponiyanın səfiri: “Azərbaycanda bəzi layihələrin icrasını düşünürük” “Hesab edirəm ki, çox gözəl nəticə əldə etmişik"
Sağlamlıq
24 Aprel , 2021 08:24
Yaponiyanın səfiri: “Azərbaycanda bəzi layihələrin icrasını düşünürük”

“Hesab edirəm ki, Zərdabda çox gözəl nəticə əldə etmişik. Bu, həm yerli sakinlər, həm də tibb işçiləri tərəfindən razılıqla qarşılanmış layihədir. Bu məni çox sevindirir”.

Bu fikirləri “Report”a açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Zərdab rayonunun kəndlərində Yaponiya hökuməti tərəfindən tibb məntəqəsinin istifadəyə verilməsi barədə danışarkən deyib.

“Biz bu vaxta kimi çox layihələr həyata keçirmişdik. Gələcəkdə də bir çox layihələri icra etməyi düşünürük”, - deyə səfir qeyd edib .

Qeyd edək ki, Zərdab rayonunun iki kəndində Yaponiya hökuməti tərəfindən tibb məntəqəsi tikilərək istifadəyə verilib. Yaponiyada həyata keçirilən “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardım proqramı çərçivəsində rayonun İsaqbağı və Məlikumudlu kəndlərində yeni tibb məntəqələri inşa edilib. Məntəqələrin inşası və lazımi tibbi avadanlıqlarla təmin olunması nəticəsində həmin kəndlərdə əhaliyə göstərilən tibbi xidmət şəraiti yaxşılaşıb.

İsaqbağı, Məlikumudlu, Böyük Dəkkə kəndləri yanaşıdır və yeni tibb məntəqələri bu kəndlərdə yaşayan 3 minə yaxın sakinə tibbi xidmət göstərəcək.

Son xəbərlər

Orphus sistemi