Zərdabda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir

Zərdabda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir Zərdabda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir
Sağlamlıq
13 Avqust , 2021 11:55
Zərdabda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir

Zərdabda pandemiya əleyhinə dezinfeksiya işləri davam edir.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən epidemiyaya qarşı tədbirlər geniş vüsət alıb.

Belə ki, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.

Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri şəhər ərazisində yerləşən dövlət müəssisələrində, çoxmənzilli yaşayış binalarında və xidmət obyektlərində, prospekt və küçələrdə, parklarda aparılıb.

Dezinfeksiya tədbirlərinin həyata keçirilməsində əsas məqsəd vətəndaşları bu pandemiyadan qorumaqdır.

Son xəbərlər

Orphus sistemi