“Zökəmə qarşı spreylərin və ya damcıların nəzarətsiz istifadəsi xəstəliyin vəziyyətini daha da pisləşdirə bilər. Dərmanlar burunun axmasını aradan qaldırmağa kömək edir, ancaq selikli qişanın normal fəaliyyətini poza bilər”.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, professor-otorinolaringoloq Serqey Kosyakov bildirib.
Onun sözlərinə görə, tərkibində fitontsid və bioaktiv maddələr olan məhsullar zökəmin qarşısını ala bilir:
“Qırmızı və uzun soğan, turp, ağ turp, qırmızı turp, adi qıtıqotu və zəncəfil buraya daxildir. Ancaq onların hamısı mədəni qıcıqlandırır və acqarına istehlak edilməsi tövsiyə edilmir. Soyuqdəymədən sürətlə sağalmaq üçün bəlğəmin əmələ gəlməsinə və qalınlaşmasına kömək edən qidaları, yağlı süd məhsulları, yarı bişmiş ət məhsulları, xəmir xörəkləri, ağ çörək, nişastalı qidalar, xüsusən də kartofu müvəqqəti olaraq qəbul etməmək məsləhətdir”.