Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 93,5 min ton həcmində propilen, 106,8 min ton həcmində polietilen, 108,8 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 87,7 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 21,3 %, əmtəəlik propilen istehsalı 20 % artıb.
Son 1 ildə ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 6,6 % və 4,4 % artıb.