Azərbaycan mis ixracını 3 dəfədən çox artırıb

Azərbaycan mis ixracını 3 dəfədən çox artırıb Hesabat dövründə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,18 %-ni, ixrac isə ümumi ixracın 0,28 %-ni təşkil edib
Sənaye
21 Avqust , 2021 16:37
Azərbaycan mis ixracını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 11,51 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,988 milyon ABŞ dolları (14,7 %) azdır.

Yeddi ay ərzində Azərbaycanın mis və ondan hazırlanan məmulatlar ixracının dəyəri isə 32,109 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 21,78 milyon ABŞ dolları (3,1 dəfə) çoxdur.

Hesabat dövründə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,18 %-ni, ixracı isə ümumi ixracın 0,28 %-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi