“Azərbaycan Sənaye Korporasiyası” ASC törəmə müəsissəsi olan “Azəripək” MMC-nin strategiya planının hazırlanmasına dair məsləhətçi şirkətin cəlb olunması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri yanvarın 7-si, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 14-ü, saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Sadiq Şahkərəmovdur. Telefon: (012) 505-95-11 (daxili 422); (077) 277-11-06.
Təkliflərə yanvarın 15-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.