Azərbaycan və Özbəkistan dağ-mədən sektoruna investisiyaların cəlbini müzakirə edib

Azərbaycan və Özbəkistan dağ-mədən sektoruna investisiyaların cəlbini müzakirə edib Azərbaycan və Özbəkistan arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb.
Sənaye
6 Mart , 2023 10:00
Azərbaycan və Özbəkistan dağ-mədən sektoruna investisiyaların cəlbini müzakirə edib

Azərbaycan və Özbəkistan arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb.

“Report”un “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, bununla bağlı müzakirələr “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri Mansurxoca Yusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.

X. Fərzəliyev ötən ay Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunu məmnunluqla xatırlayıb. Forum çərçivəsində “AzerGold” ilə Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun iki dost-qardaş ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığını diqqətə çatdırılıb.

X.Fərzəliyev cəmiyyətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.

M. Yusupxocayev mütəmadi olaraq keçirilən bu tip görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qonaq hər iki ölkə arasında dərinləşən iqtisadi əlaqələrdən bəhs edib, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin inkişafına təsiri barədə danışıb.

Həmçinin görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi