Bundan sonra Azərbaycan xalçaları barədə məlumatları onların üzərində yerləşdirilmiş QR kod vasitəsilə rahat əldə etmək mümkün olacaq.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva bildirib.
Onun sözlərinə görə, bu addım xalçaların ixracını asanlaşdırmaq məqsədi ilə atılıb: “Turistlər mobil telefonun kamerasını QR koda yaxınlaşdırdıqda xalça barədə bütün məlumatları əldə edə biləcəklər. Bununla da, onları xalçanı alıb ölkələrinə aparmaq daha asan olacaq”.