Azərbaycanda qeyri neft-qaz sənayesi 11 %-dən çox artıb

Azərbaycanda qeyri neft-qaz sənayesi 11 %-dən çox artıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Sənaye
12 Noyabr , 2020 12:18
Azərbaycanda qeyri neft-qaz sənayesi 11 %-dən çox artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % az sənaye məhsulu istehsal edilib.

“Rerport” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 % azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,5 % artıb.

Sənaye məhsulunun 60,3 %-i mədənçıxarma sektorunda, 33,6 %-i emal sektorunda, 5,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 % azalmış, əmtəəlik qaz hasilatı isə 7,3 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 78,6 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 %, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 %, kompüter, elektron və optik məhsulların istehsalı 50,1 %, maşın və avadanlıqların istehsalı 41,4 %, kağız və karton istehsalı 34,2 %, geyim istehsalı 33,7 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,5 %, tikinti materiallarının istehsalı 26,4 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,1 %, tütün məmulatlarının istehsalı 18,3 %, kimya sənayesi məhsullarının istehsalı 13,2 %, poliqrafiya məhsullarının istehsalı 9,9 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 6,1 %, hazır metal məmulatlarının istehsalı 1,2 % artmış, qida məhsullarının istehsalı 1,3 %, neft məhsullarının istehsalı 2,2 %, elektrik avadanlıqlarının istehsalı 2,4 %, içkilərin istehsalı 9 %, mebel istehsalı 24,4 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 39,9 % azalıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,5 % artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 % azalıb.

Son xəbərlər

Orphus sistemi