2015-ci ildən bu il oktyabrın 1-nə qədər Azərbaycanda sənaye zonalarından 14,5 milyard manatlıq məhsul satılıb, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında isə sənaye zonalarından 2,4 milyard manatlıq satış həyata keçirilib. Bunun da 0,8 milyard manatlıq hissəsi ixracın payına düşüb.
Ölkənin sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib.