Azərbaycanda tikinti materialların istehsalı 47 % artıb

Azərbaycanda tikinti materialların istehsalı 47 % artıb Bu ilin yanvar-iyul aylarında Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 milyon manat olub
Sənaye
18 Avqust , 2021 14:19
Azərbaycanda tikinti materialların istehsalı 47 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 milyon manat olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 % çoxdur.

Məlumata görə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 72,2 %, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1 %, hörmə üçün hazır beton qarışığının istehsalı 40,6 %, tikinti gipsinin istehsalı 38,3 %, tikinti əhənginin istehsalı 19,9 %, tikinti kərpicinin istehsalı 13,7 %, sementin istehsalı 4,3 % artmış, asfaltın istehsalı isə 33,2 % azalıb.

Son xəbərlər

Orphus sistemi