“Unimetal” MMC "Prometal" MMC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil olunduğunun elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Unimetal” 2002-ci ildə yaradılıb, regionda metal məmulatlarının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.