“Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərmək üçün 88 sahibkarlıq subyekti biznes planla müraciət edib, onlardan 55-i fəaliyyət göstərir”.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
“İndiyə qədər sənaye zonalarına 3,7 milyard ABŞ dolları invesitiya yatırılıb. Zonaların istehsal və ixracda rolu artmaqdadır”, - o qeyd edib.