Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb

Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb 2018-ci ildən 2024-cü ilin 9 ayı daxil olmaqla ölkənin sənaye zonalarında 360 milyon manatlıq avtomobil satışı həyata keçirilib.
Sənaye
5 Noyabr , 2024 10:49
Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb

2018-ci ildən bu il oktyabrın 1-nə Azərbaycanın sənaye zonalarından 360 milyon manatlıq avtomobil satılıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.

Təkcə bu ilin yanvar-sentyabr aylarında isə Hacıqabul Sənaye Parkından 53,86 milyon manatlıq 1 901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsindən isə 25,9 milyon manatlıq 1 072 ədəd avtomobil realizə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil satışı təqribən 60 % artıb.

Sənaye zonalarında “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Son xəbərlər

Orphus sistemi