“AzerGold" QSC Ağyoxuş və Çovdar Filiz Emalı (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla), Daşkəsən Dəmir Filizi Sahələri üzrə mühafizə xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gesco" ASC-dir.
Qalib şirkətə 1 419,1 min manat ödəniləcək.
"Gesco"nun bu günə 11 744 manat vergi borcu var.