“AzerGold”un törəmə müəssisəsi 119 milyon manatlıq tenderə yekun vurub

“AzerGold”un törəmə müəssisəsi 119 milyon manatlıq tenderə yekun vurub “AzerGold” QSC-nin törəmə müəssisəsi "Daşkəsən Dəmir Filiz " MMC Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Sənaye
8 Aprel , 2022 16:25
“AzerGold”un törəmə müəssisəsi 119 milyon manatlıq tenderə yekun vurub

“AzerGold” QSC-nin törəmə müəssisəsi "Daşkəsən Dəmir Filiz " MMC Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azeri Mining Group" MMC-dir.

Qalib şirkətə 118,948 milyon manat ödəniləcək. 

Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir. Onun nizamnamə kapitalı 38,601 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi