"AzerGold"un törəmə şirkətinin nizamnamə kapitalı 1 milyon manat artırılıb

"AzerGold"un törəmə şirkətinin nizamnamə kapitalı 1 milyon manat artırılıb “AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin nizamnamə
Sənaye
24 Avqust , 2024 12:05
AzerGoldun törəmə şirkətinin nizamnamə kapitalı 1 milyon manat artırılıb

“AzerGold” QSC-nin “DM Servis” MMC (mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşı) ilə birlikdə yaratdığı “Azerblast” MMC-nin nizamnamə kapitalı 1 milyon manat və yaxud 25 % artırılıb.

"Report" xəbər verir ki, şirkətin kapitalı 4 000 336 manatdan 5 000 336 manata çatdırılıb.

Xatırladaq ki, "Azerblast" Daşkəsən rayonunun Çovdar kəndində, eyni adlı filiz emalı sahəsində qeydiyyatdan keçib. Onun direktoru isə Rizvan Baxşıyevdir.

Son xəbərlər

Orphus sistemi