“Azərxalça”nın Şabran filialı jurnalistlərə hesabat verib

“Azərxalça”nın Şabran filialı jurnalistlərə hesabat verib 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış filialda indiyə qədər 184 xalça istehsal edilib
Sənaye
25 May , 2021 10:42
“Azərxalça”nın Şabran filialı jurnalistlərə hesabat verib

2018-ci ilin noyabr ayından fəaliyyətə başlamış “Azərxalça” ASC-nin Şabran filialında indiyə qədər 184 xalça istehsal edilib.

“Report” xəbər verir, bunu jurnalistlərə açıqlamasında filialın direktoru Kəbirə Vəliyeva bildirib.

“Bu müddətdə emalatxana pandemiya dövründə 1 il fəaliyyətsiz qalıb. Hazırda buranın ümumi kollektivi 50 nəfərdən ibarətdir. Onlardan 44-ü toxucu xanımlar, 6 nəfər isə texniki işçidir. Xalçalar sifariş əsasında toxunulur. Onların üzərində Şabran, Quba, Xaçmaz çeşnilərindən istifadə edilir. Toxunma prosesi toxucudan asılı olaraq dəyişir. Xalçalar müxyəlif ölçülərdə toxunur. Standart ölçülərdə olan xalçanı tək və yaxud 4 nəfər toxucu birlikdə də toxuya bilir”, - o deyib.

K.Vəliyeva onu da əlavə edib ki, xanım işçilərə rəhbərlik xüsusi diqqət ayırır: “Bölgələrdə xanımların işləməsi ilə bağlı müəyyən çətinliklər olsa da, “Azərxalça”nın emalatxanaları bu mövzuda istisnadır. Çünki xanımların emalatxanaya gətirilməsinə xüsusi nəqliyyat vasitəsi ayrılır, iş saatı bitdikdən sonra isə toxucu xanımlar həmin nəqliyyat vasitəsilə evlərinə geri qaytarılır”.

Son xəbərlər

Orphus sistemi