Britaniya şirkəti 2024-cü ilin sonuna kimi “Gilar” yatağından ilk filiz hasilatına başlayacaq

Britaniya şirkəti 2024-cü ilin sonuna kimi “Gilar” yatağından ilk filiz hasilatına başlayacaq Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti 2024-cü ilin sonuna kimi “Gilar” yatağından ilk filiz hasilatına başlamağı planlaşdırır.
Sənaye
17 May , 2024 12:18
Britaniya şirkəti 2024-cü ilin sonuna kimi “Gilar” yatağından ilk filiz hasilatına başlayacaq

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti 2024-cü ilin sonuna kimi “Gilar” yatağından ilk filiz hasilatına başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.

"Gilar" mədəninin işlənməsinə 2023-cü ildə başlanılııb və ilk filizin 2024-cü ilin sonunda hasil ediləcəyi gözlənilir", - məlumatda qeyd edilib.

Şirkət həmçinin vurğulayıb ki, “Gilar” yatağından zəngin filizlərin emalını gözləyərək “Gədəbəy” mədənində flotasiya qurğusunun məhsuldarlığı iki dəfə artırılaraq saatda 160 tona çatdırılıb.

Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.

“Gilar” yatağının qızıl ehtiyatları 249 min 83 unsiya qızıl, 46 min 466 ton mis və 48 min 786 ton sink olaraq qiymətləndirilir.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi