Bu ilin avqust ayında Azərbaycan xarici ölkələrə 28 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda deyilir.
Bu, 2019-cu ilin avqust ayının göstəricisi ilə müqayisədə 5,3 mln ABŞ dolları və ya 23,3% çoxdur.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 124,4 mln ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2019-cu ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 16,7 mln ABŞ dolları və ya 15,5% çoxdur.