Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 531,0 kq qızıl, 806,5 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq ayının göstəricisindən 20,2 %, gümüş istehsalı 5,8 % az olub.
Bu ilin martın 1-nə 401,3 kq qızıl, 201,8 kq gümüş ehtiyatı yaranıb.