Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1 748,2 kq qızıl, 2 438,6 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq ayının göstəricisindən 2,1 %, gümüş istehsalı 13,4 % çox olub.
Bu ilin iyulun 1-nə 117,4 kq qızıl, 178,5 kq gümüş ehtiyatı yaranıb.