Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 248,2 kq qızıl, 1 906,8 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin yanvar-iyul aylarının göstəricisindən 5,6 % çox, gümüş istehsalı 20,1 % az olub.
Ötən 7 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,6 % azdır.
Bu ilin avqustun 1-nə ölkədə 105,6 kq qızıl, 79,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin avqustun 1-nə 25,9 ton təşkil edib.