Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 400 milyon 89 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən "Report"un yerli bürosuna məlumat verilib.
Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,1 % azdır.
Sənaye məhsulunun 355 milyon 227 min 700 manatı və ya 88,8 %-i malların, 44 milyon 861 min 400 manatı və ya 11,2 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 83,5 %-i emal, 15 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.