Bu ilin yanvar-aprel aylarında “SOCAR Polymer” MMC 67,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 25,7 milyon ABŞ dolları və yaxud 61,9% çoxdur.
Xatırladaq ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində “SOCAR Polymer” MMC xarici ölkələrə 41,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib
Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.