Direktor: Ağdamdakı "Mister Decor” zavodu ölkədə divar kağızları istehsal edən ilk müəssisədir

Direktor: Ağdamdakı "Mister Decor” zavodu ölkədə divar kağızları istehsal edən ilk müəssisədir Ağdamda fəaliyyətə başlayan "Mister Decor” zavodu ölkədə divar kağızları istehsal edən ilk müəssisədir.
Sənaye
20 Sentyabr , 2024 12:58
Direktor: Ağdamdakı Mister Decor” zavodu ölkədə divar kağızları istehsal edən ilk müəssisədir

Ağdamda fəaliyyətə başlayan "Mister Decor” zavodu ölkədə divar kağızları istehsal edən ilk müəssisədir.

Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam Sənaye Parkında yaradılan "Mister Decor” divar kağızları zavodunun direktoru Əli Əliyev deyib.

O bildirib ki, bu müəssisə ölkədə divar kağızları istehsal edən ilk zavoddur:

“Prezident İlham Əliyevin Ağdama səfəri zamanı açılışını etdiyi müəssisələrdən biri də "Mister Dekor" divar kağızları zavodudur. Bu zavod. Zavodda hazırda 18 nəfər işlə təmin olunub, bu say gələcəkdə 70 nəfərə çatacaq. İşçilərin böyük əksəriyyəti yerli sakinlərdir”.

Müəssisə rəhbəri zavodun istehsal gücü barədə də məlumat verib:

“Ən müasir texnologiyaya əsaslanan avadanlıqlarla təchiz olunan zavodun investisiya məbləği 8 milyon manatdır. İllik istehsal gücü isə 2 milyon rulondan artıqdır. İstehsal edilən məhsullar üçün xammal Çin, İtaliya və Almaniyadan alınır”.

Ə.Əliyev istehsal olunan məhsulların satış bazarı haqqında danışarkən artıq müəyyən sifarişlər aldıqlarını da vurğulayıb:

“Bizim məhsullardan artıq azad edilən ərazilərdə istifadə olunmağa başlayıb. Demək olar ki, elə ilk müştərilərimiz də yerli sifarişçilərdir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilən evlərdə, o cümlədən, Ağdamın Xıdırlı və digər kəndlərində tikilən evlərdə bizim məhsullardan istifadə olunub.

Hazırda Özbəkistan bizim məhsullarla yaxından maraqlanır. Ölkə başçısının iştirakı ilə zavodun açılışından sonra daxili və xarici bazarlarda satış üçün daha geniş planlar hədəfləyirik”.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi