Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək Hərrac elanı ilə Dövlət Xidmətinin internet səhifəsində (https://bit.ly/3A218Zg) və Özəlləşdirmə portalında (https://bit.ly/3A19S24) tanış olmaq mümkündür.
Sənaye
4 Avqust , 2021 11:17
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə avqustun 31-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac təşkil edəcək.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Bakının Qaradağ rayonunda yerləşən “Sahil”, “Güzdək” əhəngdaşı və “Xıdırlı-I” qum yataqları 2 LOT üzrə, “Şıxlar” qum yatağı 5 LOT üzrə, Salyan rayonunda yerləşən “Xıdırlı” qum yatağı isə 1 LOT üzrə hərraca çıxarılacaq.

Bu yataqların ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 24 avqust 2021-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda həm yerli, həm də xarici hüquqi və fiziki şəxslər iştirak edə bilər. Açıq hərrac ƏMDX-nın Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Dövlət Xidmətinin internet səhifəsində (https://bit.ly/3A218Zg) və Özəlləşdirmə portalında (https://bit.ly/3A19S24) tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi